Modern.az

İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar?

İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar?

20 Aprel 2021, 17:32

Əfsuslar olsun ki, artıq ikinci Müqəddəs Ramazan ayı pandemiya dönəminə təsadüf edir. Ramazan ayının yeganə vacib ibadəti oruc tutmaq olsa da, bu müqəddəs ayda xeyriyyə əməlləri, oruc tutan insanlara iftar süfrəsi vermək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir.

Mövcud vəziyyəti nəzərə alsaq, oruc tutan insanlara kütləvi iftar süfrəsi vermək karantin qaydalarına ziddir. Maraqlıdır, bəs insanlar Ramazan ayında xeyriyyəçilik addımlarını hansı şəkildə göstərə bilərlər?

Modern.az-ın bu sualını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli cavablandırıb.

Ş.Həsənli deyib ki, iftara xərclənən vəsaiti istənilən xeyr işə sərf etmək olar:

“Pandemiya dövründə iftar məclisləri kütləvi halda qeyd olunmur. Tövsiyə edərdik ki, insanlar həmin vəsaiti xeyriyyə məqsədlərinə yönəltsin. Məsələn, dini icmalar artıq yardım aksiyalarına başlayıblar. Bizim məscid icması da sabahdan ehtiyacı olan insanlara ərzaq yardımı etməyə başlayır.

Kütləvi iftarlara yönələn vəsaiti istənilən xeyr işə sərf etmək olar. Həmin vəsait hansısa ailəyə ərzaq yardımı etmək və ya tələbənin təhsil haqqını ödəmək üçün sərf olunsa, ehsan hesab olunacaq”.


Fidan İlqarqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi