Modern.az

Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO

Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO

Aktual

20 Aprel 2021, 18:53

Qubada meyxana demək üçün toplaşmağa cəhd edənlərin qarşısı alınıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupu tərəfindən  məlumat verilib.

 

Bildirilib ki, rayon mərkəzində yerləşən obyektlərdən birində kütləvi toplaşma cəhdinin qarşısı alınıb. Belə ki, karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə obyekt sahibi və məclisdə iştirak edən 82 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Məclisdə meyxana ustası kimi tanınan Rəşad Dağlı da iştirak edib. O da müvafiq qaydada məsuliyyətə cəlb olunub.

 

Qeyd edək ki, Rəşad Dağlı ötən ilin avqust ayında da karantin qaydalarını pozduğu üçün cərimələnmişdi. O, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində iştirak etmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi