Modern.az

Azərbaycan futbol tarixindən əlamətdar gün - 17 sentyabr

Azərbaycan futbol tarixindən əlamətdar gün - 17 sentyabr

17 Sentyabr 2012, 13:11

Bu gün Azərbaycan milli futbol komandası üçün tarixi bir gündür. Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandası beynəlxalq arenada 17 sentyabr 1992-ci ildən etibarən çıxış edir. Milli komandamız yarandıqdan sonra ilk oyununu səfərdə Gürcüstan millisinə qarşı keçirib. Həmin oyunda milimizin ilk qolunu Nazim Süleymanov vurub. İlk səfər qarşılaşmasında komandamız 3:6 hesabı ilə məğlub olub. Müstəqillik əldə edildikdən sonra AFFA yaradıldı. 1994-cü ildə Azərbaycan FİFA və UEFA-ya üzv qəbul olundu. Bundan sonra Azərbaycan yığma komandası Avropada debütünü UEFA Avropa Kuboku-1996-nın seçmə mərhələsində Rumıniyaya qarşı keçirdi və 0:3 hesabı ilə məğlub oldu.
O zamanlar Azərbaycan millisi ölkədəki gərgin siyasi vəziyyətlə əlaqədar olaraq milli ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirməli olub.

Azərbaycan yığması 20 illik tarixində 8 dəfə seçmə mərhələlərdə iştirak edib. Həm Avropa, həm də dünya çempionatının seçmə mərhələsində bərabər sayda (hərəsində 4 dəfə) iştirak edib. Azərbaycan komandası seçmə mərhələlər tarixində yalnız iki dəfə qrup sonuncusu olmayıb və hər iki halda, Lixtenşteyn yığmasını qabaqlayıb. Hazırki baş məşqçi Berti Foqts 2008-ci ilin aprelində yığmaya gətirilib. Bundan sonra Azərbaycan yığmasının FİFA-nın reytinqdə ən yüksək göstəricisi 2010-cu ilin noyabr ayında qeydə alınan 90-cı pillə olub.

Qeyd edək ki, meydana çıxmasının 20 yaşı taman olan Azərbaycan millisi bu müddət ərzində 189 oyuna çıxıb. Millimiz 34 qələbə qazanıb, 47 heç-heçə edib və 108 dəfə meydanı məğlub tərk edib. 189 qarşılaşmada 133 top vuran futbolçularımız, öz qapılarından  336 top buraxıblar.

Anar Kəlbiyev    
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi