Modern.az

Bakıda doğulan üçəmlərin səhhəti normallaşıb

Bakıda doğulan üçəmlərin səhhəti normallaşıb

17 Sentyabr 2012, 15:32

Ötən həftənin sonlarında Bakıda dünyaya gələn üçəmlərin səhhəti normaldır. Modern.az-a verilən məlumata görə, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Bərdə rayonunun Qırmızı Samux kənd sakini 22 yaşlı Gülay Abdullayevanın dünyaya gətirdiyi körpələrin səhhəti yaxşılaşır. Körpələr hamiləliyin səkkizinci ayında dünyaya gəldiyindən və qeysər kəsiyi əməliyyatı doğulduqlarından onların səhhətində problem yaranmışdı. Həkimlər körpələrin Elmi-Tədqiqat və Pediatriya İnstitutuna yerləşdirilməli olduğunu deyirdilər. Üçəmlər artıq Elmi-Tədqiqat və Pediatriya İnstitutuna yerləşdiriliblər. Ananın və körpələrin səhhəti normaldır. Gülay Abdullayeva Respublika Klinik Xəstəxanasında müalicəsini davam etdirir.

Qeyd edək ki, Gülay Abdullayevanın böyrəklərində problem olduğundan hamiləliyin səkkizinci ayında yarımçıq əməliyyat olunub.

Gültəkin Ələsgər

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi