Modern.az

Polşa səfiri Rusiya XİN-ə çağırıldı

Polşa səfiri Rusiya XİN-ə çağırıldı

Aktual

23 Aprel 2021, 12:42

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az-ın məlumatına görə, səfir üç rusiyalı diplomatın Polşada persona-non qrata elan edilməsi ilə bağlı çağırılıb.

 

Rusiya XİN bu addıma cavab olaraq Polşanın 5 diplomatının ölkədən çıxarılacağını elan edib.

 

Qeyd edək ki, son günlərdə ABŞ, Çexiya və Slovakiya rusiyalı diplomatların ölkədən çıxarılmasını elan etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu