Modern.az

DİN: “ABŞ səfirliyi qarşısında piketin təşkilatçıları araşdırılır”

DİN: “ABŞ səfirliyi qarşısında piketin təşkilatçıları araşdırılır”

17 Sentyabr 2012, 16:04

Daxili İşlər Nazirliyi ABŞ səfirliyi qarşısında islamçı gənclərin keçirmək istədikləri piketlə bağlı münasibətini açıqlayıb. DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az saytına açıqlamasında belə bir məlumatın onlara daxil olduğunu bildirib.
“Bu piketin keçirilməsi barədə məlumat daxil olub. Hələki dəqiqləşdirmələr aparılır ki, piket kimlər tərəfindən keçirilib və necə olub” deyə O.Mansurzadə əlavə edib.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev ilə piketin keçirilməsindən xəbərdar olduğunu, lakin hazırda həmin yerdə olmadığını bildirib. O da bu barədə dəqiqləşdirilmə aparıb məlumatın veriləcəyini qeyd edib.

Qeyd edək ki, bu gün saaat 15 radələrində Amerikanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməsinə cəhd edilib. Bir qrup dinçi Hz.Məhəmmədlə bağlı çəklilən filmə etiraz əlaməti olaraq Amerikanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib. İlkin məlumatlara görə, polis 10 nəfəri saxlayıb. Piketin kim tərəfindən təşkil olunduğu bəlli deyil. Sadəcə dünəndən Facebook sosial şəbəkəsində filmə etiraz edənlərin səfirlik qarşısına toplaşamağa səsləyən çağırışlar yayılırdı. 

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi