Modern.az

Milli Məclisdə komitə iclası keçirilib

Milli Məclisdə komitə iclası keçirilib

17 Sentyabr 2012, 16:34

Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.  İclası giriş sözü ilə açan komitə sədri Ziyad Səmədzadə  yaz və növbədənkənar  sessiyaları  zamanı görülən işlər  barədə məlumat verib. O,  qeyd  edib ki, rəhbəri olduğu komitə ötən dövrdə məhsuldar  işləyibdir.  Sessiyalar müddətində komitədə 40-a yaxın qanun layihəsi müzakirə olunubdur.

Komitə sədri  payız sessiyasının qanunvericilik işləri planı  barədə   geniş  söhbət  açaraq  deyib ki, qarşıdakı sessiya  da  gərgin iş qrafiki ilə seçilir. Daha sonra qeyd olunub ki, Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan, rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq Rəqabət  Məcəlləsi işlər  planına  daxildir. Qərara alınıb ki, bu sessiya çərçivəsində məcəllə üzərində işlər sürətləndirilsin və bu il başa  çatdırılsın. Məcəllənin üçüncü oxunuşda müzakirəsinin komitənin payız sessiyasının gündəliyinə  salındığı vurğulanıb.

Ziyad  Səmədzadə həmçinin sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacağını, “Təhsil krediti haqqında”, “Ölçləmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətləndirmə haqqında” və “Kənd təsərrüfatının koorperasiyası haqqında” qanun layihələrinin parlamentin plenar iclasına təqdim ediləcəyini bildirib. Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunub.

Sonra komitə üzvləri “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın  dövlət  reyestri haqqında” qanunlarda dəyişikliklər edilməsi  barədə layihələrdə  texniki xarakterli  dəyişikliklərə baxdılar. 

Hər iki sənədin Milli Məclisin  plenar  sessiyasının  müzakirəsinə  çıxarılması qərar alınıb.

 

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi