Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına daha bir millət vəkili qoşulub. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, deputat Elmira Axundova Güney Azərbaycanda yaşayan soydaşlarımıza 394 AZN məbləğində yardım edib. Ümumilikdə isə avqustun 14-də başlanan kampaniyaya bu günədək 17293 manat vəsait yığılıb.
Qeyd edək ki, bir müddət öncə millət vəkili Qənirə Paşayevanın irəli sürdüyü təklifə qoşulan millət vəkillərindən fonda Novruz Aslan 1000 AZN, Qənirə Paşayeva 2500 AZN, Ayaz Orucov 2100 AZN, Qüdrət Həsənquliyev 394 AZN , Fazil Mustafa 200 AZN, Adil Əliyev isə 1000 AZN, Əli Məsimli 300 AZN, Mirkazım Kazımov isə 100 AZN yardım edib.
Anar RÜSTƏMOV