Suriya hökuməti ölkədə baş verən qanlı olaylarla əlaqədar Türkiyədən BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda rəsmi Dəməşq BMT-yə məktub ünvanlayıb.
Bildirilib ki, Suriyada baş verən hadisələrdə Türkiyə terrorçu qruplaşmaya dəstək verir. Türkiyənin uzun illər terrorla mübarizə aparan bir ölkə olduğunun qeyd edildiyi şikayət məktubunda göstərilib ki, rəsmi Ankara tutduğu mövqedən əl çəkməsə Suriya lazımı cavabını verəcək. Əsəd hökuməti BMT-ni Türkiyəyə qarşı ciddi tədbir görməyə çağırıb.
Modern.az