Bu gün Sumqayıtda baş verən dəhşətli yanğınla bağlı yeni məlumatlar yayılıb. Hadisə baş verən əraziyə yaxın bölgədə yaşayan sakinlərin saytımıza verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralanlarla bağlı dəqiq məlumat söyləmək mümkün deyil. Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı xəstəxanaya yerləşdirilənlər yanğından mühafizə xidmətinin əməkdaşlarıdır. Onlar yanğının qarşısını alarkən xəsarət alıblar. Zavodda çalışanların isə taleyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.
Bildirilib ki, yanğın hazırda şiddətlə davam edir. Aparılan genişmiqyaslı tədbirlərə baxmayaraq nəinki yanğını söndürmək, hətta alovun yaxınlığına belə yaxınlaşmaq mümkün deyil.
Qeyd edək ki, Sumqayıtda “Zavodlar” deyilən ərazidəki meydana gələn yanğın zamanı 6 nəfərin ölməsi və xeyli sayda insanında yaralanması haqda məlumatlar yayılıb.
Modern.az