Modern.az

Azərbaycan Prezidenti Fransada görüşlərə başlayıb

Azərbaycan Prezidenti Fransada görüşlərə başlayıb

Təhsil

18 Sentyabr 2012, 09:48

Azərbaycan prezidenti İlham Əliyev Parisdə “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşüb. AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanla “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentin digər görüşü “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə olub. Görüşdə “Tecnip” şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olunub. Həmçinin gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı həmçinin “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb. Görüşdə Azərbaycanla “GDF-Suez” şirkəti arasındakı əlaqələrin perspektivləri, “Abşeron” qaz yatağı üzrə əməkdaşlıq, həmçinin Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu