Modern.az

Əmircanda başlayıb Şuşada bitən ömür - Yaşasaydı Albertin 52 yaşı tamam olacaqdı...

Əmircanda başlayıb Şuşada bitən ömür - Yaşasaydı Albertin 52 yaşı tamam olacaqdı...

25 Aprel 2021, 17:49

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

 

Vətən üçün canından keçən elə qəhrəmanlarımız var ki, illər keçsə belə onlar unudulmur, daim yaddaşlarda qalır. Onlardan biri də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Albert Aqarunovdur.

 

Modern.az-ın məlumatına görə Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

 

Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

 

O, Bakı şəhərində- Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb Albertin adını daşıyır, məktəbin önündə büstü qoyulub.

 

Mehri QURBAN

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?