Modern.az

ABŞ səfiri Sərdar Cəlaloğlunu görüşə çağırıb

ABŞ səfiri Sərdar Cəlaloğlunu görüşə çağırıb

18 Sentyabr 2012, 10:09

Sərdar Cəlaloğlu: “Morninqstara deyiləcək sözüm var”

Ötən həftə müxalifət nümayəndələri ilə ABŞ-ın yeni səfiri Riçard Morninqstar arasında keçirilən qapalı görüşdə ADP sədri Sərdar Cəlaloğlu iştirak etməyib. Bu haqda Modern.az-a məlumat verən S.Cəlaloğlu bildirib ki, Morninqstarla görüşdə texniki səbəbdən iştirak etmədiyi üçün səfir onu yenidən görüşə dəvət edib.

“ABŞ səfiri ilə görüş üçün mənə dəvətnamə gec daxil olduğundan təəssüflər olsun ki, mən bu görüşdə iştirak edə bilmədim. Sonrada səfirlikdən mənə zəng vurub üzrxahlıq etdilər və bildirdilər ki, səfir mənimlə ayrıca görüşmək istəyir. Səfir şəxsən məni özü görüşə dəvət etdi. Bu yaxınlarda mən ayrıca olaraq Morninqstarla görüşəcəyəm. Bu görüş mənim üçün çox önəmlidir”, -deyə ADP sədri bildirib.

S.Cəlaloğlu ABŞ səfiri ilə görüşdə bir sıra məsələləri müzakirə etmək istədiyini vurğulayıb.

“Səfirlə görüşdə regional siyasətlə bağlı müəyyən qədər fikirlərimi bölüşmək istərdim. Təbii ki, görüş zamanı prezident seçkiləri haqda da səfirlə danışmaq istərdim. Ümumilikdə isə səfirin bu təşəbbüsünü müsbət qiymətləndirəm”.

Qeyd edək ki, sentyabrın 14-də ABŞ-ın ölkəmizə təyin olunan yeni səfiri Riçard Morninqstar müxalifət liderləri ilə görüş keçirib. Görüşdə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də daxil olmaqla 8 partiya lideri iştirak edib. görüş mətbuata qapalı keçirilib. İlkin məlumatlara görə, səfirlə görüş tanışlıq xarakterli olub.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi