Bakı Dövlət Universitetinə bu il qəbul olan tələbələrdən yalnız 10-na prezident təqaüdü veriləcək. Bu barədə Modern.az saytına BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. P.İbrahimova bildirib ki, universitetə qəbul olan tələbələr arasıda 600-dən çox bal toplayan tələbələrin sayı 218 nəfərdir və onlardan yalnız 10 nəfəri ölkə başçısı tərəfindən prezident təqaüdünə layiq görülüb.
Xatırladaq ki, ölkə başçısının ötən həftə imzaladığı sərəncamla 102 I kurs tələbəsinin hər birinə 150 manat məbləğində Prezident təqaüdü ayrılıb.
Nihadə Eyyubova