Modern.az

Vətəndaşların mülkiyyət hüququnun qorunması üçün xüsusi strategiya hazırlanıb

Vətəndaşların mülkiyyət hüququnun qorunması üçün xüsusi strategiya hazırlanıb

19 Sentyabr 2012, 11:22

Əmlak Məsələləri Dövlət Komitəsi sənədi Nazirlər Kabinetinə təqdim edib...


Modern.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı əvvəlki illərlə müqayisədə 1,5 dəfə artıb. Belə ki, yalnız ötən il ölkədə 147 mindən artıq əmlak qeydiyyata alınıb.
Dünya Bankının Baş ofisinin layihə üzrə məsul şəxsi Gevin Adlinqton layihənin fəaliyyətdə olduğu dövrdə əldə edilmiş irəliləyişlər, əmlak qeydiyyatı sisteminin inkişafı, vətəndaşlara və biznes qurumlarına göstərilən xidmət səviyyəsinin artırıldığı, bu sahədə ictimai agahlıq tədbirlərinin genişləndirilməsi məsələləri barədə öz fikirlərini bildirib. Qeyd olunub ki, Dünya Bankı bu layihənin səmərəli həyata keçirilməsinə xüsusi önəm verir və əhaliyə, mülkiyyətçilərə, əmlak qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin müasirləşdirilməsi, ƏMDK-nın potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirir və tədbirləri nəzarətdə saxlayır. Lakin qeydiyyat sisteminin müasir standartlar əsasında davamlı inkişafı, həmçinin əhaliyə elektron xidmətlərin göstərilməsi - mükəmməl İT sisteminin, ölkənin bütün ərazisini əhatə edən elektron kadastr məlumatlarının və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin qısa müddətdə hazırlanmasını şərtləndirir. Bu sahədə Azərbaycan hökumətinin və məsul qurum kimi Əmlak Məsələləri Dövlət Komitəsinin səyləri gücləndirilə bilər.

Qeyd edilib ki, layihə çərçivəsində daşınmaz əmlakın koordinatlarının dəqiq göstərilməsi üçün  ölkədə daimi fəaliyyət göstərən 37 istinad stansiyası qurulmaqdadır ki, bu ilin sonuna kimi  onlar da tam  istifadəyə veriləcək. Eyni zamanda DƏQL-ə uyğun olaraq Azərbaycanın 86,6 min m2  ərazisinin 40 min m2 kadastr xəritəsi hazırlanmalıdır. Artıq bu sahədə işlər aparılır. Sumqayıtda kadastr xəritələrinin hazırlanması prosesi başa çatıb, Bakı, Gəncə və Şəkidə isə işlər davam etdirilir. Layihə çərçivəsində ölkə ərazisinin ortofotoxəritələri də hazırlanıb. Azərbaycanın təyyarədən işğal olunmuş ərazilər istisna olmaqla bütün əraziləri, peyk vasitəsilə isə bütün ölkə ərazisinin şəkilləri çəkilib və hazırda ortofotoxəritələr istifadə olunur.

Layihəyə qeyri-qanuni tikililərlə bağlı subkomponent də daxildir. Bildirilib ki, Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun qorunması üçün layihə çərçivəsində xüsusi strategiya hazırlanaraq hökumətə təqdim olunub. Bundan başqa layihə çərçivəsində «Kadastr haqqında» qanun da  hazırlanıb və onun qəbul olunacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi