Modern.az

Görünməyənlər - jurnalist Səbinə Əliyeva haradadır?

Görünməyənlər - jurnalist Səbinə Əliyeva haradadır?

Media

19 Sentyabr 2012, 11:54

Modern.az saytı “Görünməyənlər” rubrikası altında ictimai-siyasi, mədəniyyət, idman həyatında tanınmış olan, lakin uzun müddətdir diqqətdən kənarda qalan şəxslər barədə məlumatları oxuculara çatdırmaqda davam edir. Bu dəfə jurnalist Səbinə Əliyevanı axtardıq.

90-cı illərdən mətbuatda olan Səbinə “Şərq” İnformasiya Agentliyində çalışıb. Daha sonra uzun illər “Frans-Pres” Agentliyinin Azərbyacan üzrə müxbiri olub. S.Əliyeva Prezident Administrasiyasında akkreditasiya olan jurnalist kimi mütəmadi olaraq mərhum prezident Heydər Əliyevin səfərlərində olub. Bir neçə il əvvələ qədər mətbuatda öz sözünü deyən jurnalist barəsində çoxdandır ki, heç bir xəbər yoxdur. 

Modern. az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, S.Əliyeva daha mətbuat sahəsində çalışmır. Hazırda Azərbaycanda yaşayan jurnalist mətbuatdan tamamilə uzaqlaşıb. Yaxınları bildiriblər ki, 3 il əvvəl ailə həyatı quran Səbinə Əliyeva indi evdar xanımdır. Heç bir ictimai fəaliyyətlə məşğul olmur.

Nihadə Eyyubova  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi