Modern.az

Ermənilər Fransa ordusunu Zəngəzura DƏVƏT ETDİ

Ermənilər Fransa ordusunu Zəngəzura DƏVƏT ETDİ

29 Aprel 2021, 15:47

Ermənistanda bir neçə siyasi qüvvəni sıralarında birləşdirən “Milli-Demokratik Qütb” hərəkatı Fransa prezidentinə məktub ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda Emmanuel Makrondan Fransa ordusunu Ermənistanın cənub sərhədlərinə - Zəngəzura yerləşdirməsi xahiş olunur.

Hərəkat fəalları Fransa Senatının Qarabağdakı qondarma rejimi tanımaqla bağlı səsvermə keçirməsini, Fransanın daim Minsk qrupu çərçivəsində həmsədr kimi Ermənistana dəstək verməsi və s. fonunda bu addımı məqsədəuğyun hesab ediblər.

 

Xatırladaq ki, “Milli Demokratik Qütb” hərəkatı sıralarında radikal “Sasna Tsrer” partiyası, Ermənistan Avropa Partiyası və sıra siyasi, ictimai xadimləri birləşdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi