Modern.az

Elman Rüstəmov inflyasiya pronozundan DANIŞDI

Elman Rüstəmov inflyasiya pronozundan DANIŞDI

İqtisadiyyat

30 Aprel 2021, 12:21

“Bu ilin birinci rübündə orta illik inflyasiya 2,2 % olub”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB)  sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proqnoz horizontu bir qədər dəyişib:

“Buna baxmayaraq, martda illik inflyasiya 4,1% təşkil edib və inflyasiyanı hədəf diapozonundan kənarləşdıraca biləcək amillər müşahidə edilmir”.

AMB sədri qeyd edib ki, ümumilikdə ölkədə inflyasiyanın 2021-ci ildə hədəf diapozonunda qalacaq:

“Apreldə yenilənmiş proqnozlara görə, inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapazonunda formalaşacağı gözlənilir. Neft qiymətləri 62 ABŞ dolları üstələyib və beynəlxalq maliyyə institutlarının da proqnozuna görə, cari səviyyədə qalacaq”.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI