Modern.az

Millət vəkili: “Bizim öz prioritetlərimiz var, əsas hədəfimiz prezident seçkiləridir”

Millət vəkili: “Bizim öz prioritetlərimiz var, əsas hədəfimiz prezident seçkiləridir”

Təhsil

19 Sentyabr 2012, 14:25

Mətbuatın gündəmində olan əsas mövzulardan biri şübhəsiz ki, ölkəmizdə keçiriləcək 2013-cü il prezident seçkiləri və onun gələcək perspektivləridir. Artıq seçkilərin keçirilmə tarixi də bəllidir. 2013-cü il 18 oktyabrda baş tutacaq seçki prosesinə bir ildən artıq vaxt qalsa da, bir sıra siyasi partiyalar hələ indidən öz mövqelərini və namizədlərini müəyyən ediblər. Hər zaman siyasi arenada neytral mövqeyi ilə seçilən Azərbaycan Demokratik İslahatlar Partiyası da rəqiblərindən geri qalmayaraq, seçki hazırlığına start verib. Partiya sədri, deputat Asim Mollazadə 2013-cü illə bağlı strategiyasını Modern.az-a açıqlayıb.

“Biz də Demokratik İslahatlar Partiyası olaraq digər siyasi partiyalar kimi prezident seçkilərinə qatılmağı düşünürük. Təbii ki, bizim partiya Azərbaycanda keçirilən bütün seçkilərə məsuliyyətlə yanaşır. Bu bizim strategiyamızdır. Hələlik isə Demokratik İslahatlar Partiyası olaraq bizim də öz prioritetlərimiz var. Ölkədə cərəyan edən siyasi prosesləri diqqətlə izləyirik. Zamanında mövqeyimizi də açıqlayacağıq. İndi isə qeyd edim ki, 2013-cü il prezident seçkiləri bizim üçün əsas hədəflərdəndir”, - deyə qeyd edən A.Mollazadə öz namizədliyi haqda dəqiq cavab verə bilməcəyini bildirib. “Namizədliyimlə bağlı yalnız onu deyə bilərəm ki, bu, partiya səviyyəsində müzakirə olunub yekun qərar veriləcək. Hələlik isə bu haqda danışmaq istəməzdim”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi