Artıq 12 ildir ki, 20 sentyabr Azərbaycanda Neftçilər günü qeyd edilir. Azərbaycanda neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar. Dövlət Sosial Müdafiə Fondundan
Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərdən artıqdır.
Ötən illərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçı olub. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Cari ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 88,3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.
Modern.az