“Sentyabrın 21-23-də Azərbaycanın xaricdəki diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə 4-cü müşavirəsi keçiriləcək”.
Modern.az xəbər verir ki, bu barədə Xairici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. O bildirib ki, müşavirədə Azərbaycanın diplomatlarının əsas istiqamətləri müzakirə olunacaq.
“ Müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin giriş nitqi söyləyəcəyi gözlənilir. Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov səfirlər qarşısında çıxış edəcək. Müşavirə Azərbaycan Diplomatik Akademiyasının yeni binasında olacaq. Burada Azərbaycanın 75-dən çox xaricdəki səfiri işirak edəcək. Müşavirədən öncə isə səfirlər Fəxri və Şəhidlər Xiyabınını ziyarət edəcəklər”.
E.Abdullayevin sözlərinə görə, müşavirə çərçivəsində qlobal siyasi tendensiyalar və onları regiona təsiri mövzusunda panelin keçirilməsi nəzərdə tutulur. Burada xarici alimlər də iştirak edəcək.
"3 günlük müşavirədə birinci gün prezident nitq söyləyəcək, eyni zamanda nazir çıxış edəcək. İkinci gün qlobal siyasi tendensiyalar və onların regiona təsiri mövzusunda panelin keçirilməsinə həsr olunacaq. Üçüncü gün isə nazir müavinləri iştirak edəcək və çıxış edəcəklər"
Nihadə Eyyubova