“Neft Fondunun hesabında 33 milyard dollar var. Bu vəsait təxminən 10 il ərzində yığılıb”.
Modern.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən beynəlxalq ”Neft, qaz və media” konfransında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib. Ş.Mövsümov bildirib ki, neftdən gələn vəsaitdən səmərəli istifadə olunur, şəffaflığı təmin etmək məqsədilə hər rüb ictimaiyyətə hesabat verilir:
“Neft Azərbaycan xalqının milli sırvətidir. Bizim kimi gələcək nəsillərin də neft pullarından faydalanmaq hüququ var. Buna görə də neft pullarının xərclənməsinə ciddi nəzarət olunur”.
İcraçı direktor qeyd edib ki, neft pullarının bir hissəsi sosial layihələrin icrasına sərf olunur: “Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması da bizim fəaliyyətimizdə əsas prioritetlərdən biridir”.
S.Vaqifoğlu