Modern.az

Azərbaycanlı rejissorun filmi Rusiyadakı kinofestivalda nümayiş olundu

Azərbaycanlı rejissorun filmi Rusiyadakı kinofestivalda nümayiş olundu

19 Sentyabr 2012, 14:54

  Rusiyanın Qara dəniz sahilindəki Anapa şəhərində ənənəvi “Kinoşok” festivalı keçirilir. Modern.az xəbər verir ki, festivalda əsasən keçmiş sovet respublikalarının filmləri təmsil olunur. “Kinoşok”da Azərbaycanın istehsalı olan “Çöl” filmi artıq nümayiş edilib. Rejissor Şamil Əliyevin çəkdiyi bu kinoəsərin ssenari müəllifi “Yuğ” teatrının aktyoru Vidadi Məmmədovdur. Baş rollarda Bəhruz Vaqifoğlu və gürcü aktrisası N. Demuriya ifa edirlər.
“Çöl”ün ssenari müəllifi Vidadi Məmmədovun sözlərinə görə, yaxın günlərdə Qazaxıstanda da kinofestival keçiriləcək. Filmin bu festivalda da nümayişi gözlənilir.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi