“Azərbaycanın 10 milyard ton neft-qaz ehtiyatı var. Bunun 7,5 milyard tonu neft, 2,5 milyard tonu qazdır”.
Modern.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən beynəlxalq ”Neft, qaz və media” konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnvestisiya və marketinq departamentinin rəhbəri Vitali Bəylərbəyov deyib.
V.Bəylərbəyov bildirib ki, Azərbaycanda ən zəngin neft quyusu “Azəri-çıraq” neft yatağıdır. Onun sözlərinə görə, bu yataqda neft ehtiyatı 1 milyard 200 milyon tona bərabərdir. Vitali Bəylərbəyov bildirib ki, indiyə qədər yataqdakı 1 milyard 200 milyon ton neft ehtiyatından 300 milyon tonu hasil olunub. Departament rəhbəri xarici jurnalistlərin “bəzi ölkələrin neft-qaz ehtiyatını şişirdilməsi” ilə bağlı sualını belə cavablandırıb.