İran cüdoçuları İsraildən olan idmançılarla mübarizədənin sistematik yayındıqlarına görə beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Məlumata görə, əvvəlcə Beynəlxalq Cüdo Federasiyası (IJF) qeyri-müəyyən cəza müddətinin təbtiq olunmasını təkid edib. Ancaq İdman Arbitraj Məhkəməsi (CAS) İranın cüdo üzrə yığmasını beynəlxalq startlarda iştirakdan dörd il müddətinə kənarlaşdırmağı qərara alıb. Diskvalifikasiya 2019-cu ildən sayılır.