Modern.az

Zakir Qaralov: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır”

Zakir Qaralov: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır”

20 Sentyabr 2012, 10:03

Baş prokuror Zakir Qaralovun sözlərinə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulub.

”Belə ki, fəaliyyətə başladığı bir ildən artıq müddət ərzində idarənin əməliyyat şöbəsi tərəfindən keçirilmiş 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanmışdır. Əməliyyat-axtarış fəaliyyətinin prokurorluq orqanları üçün yeni bir sahə olduğundan, korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlanması Milli Fəaliyyət Planında icrası prokurorluq orqanlarına həvalə edilmiş məsələ kimi nəzərdə tutulmuşdur. Bu fəaliyyətin təkcə latent olan rüşvət cinayətlərinin deyil, habelə vəzifədən sui-istifadə ilə bağlı digər cinayət növlərinin aşkar edilməsi istiqamətində genişləndirilməsi, korrupsiya cinayətlərinin açılması üzrə idarənin qoşulması nəzərdə tutulan elektron informasiya bazaları və sistemlərindən istifadə edilməsi, əldə edilmiş məlumatların düzgün və məqsədəuyğun emalı və təhlili, korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla  əməkdaşlıq edən şəxslərin  müdafiəsi ilə əlaqədar işin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin korrupsiya cinayətlərinin istintaqı və məhkəmə baxışı müddətində  cinayət prosesi iştirakçılarının ələ alınmasının qarşısının kəsilməsi, zəruri məlumatlar toplanaraq  qanunsuzluq hallarının aradan qaldırılması da nəzərdə tutulan tədbirlər sırasındadır”-deyə Z.Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Baş prokuror deyib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır.
”Bu, bizim şüurlu seçimimizdir"-deyə o, qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi