Modern.az

Sevil Nuriyevaya ATV-dən xəbərdarlıq gəlibmi?

Sevil Nuriyevaya ATV-dən xəbərdarlıq gəlibmi?

Media

20 Sentyabr 2012, 10:09

Tanınmış telejurnalist Sevil Nuriyevanın ATV telekanalında yayımlanacaq yeni layihəsi barədə ziddiyyətli xəbərlər dolaşır. İddialara görə, onun hazırladığı “Sevil Nuriyeva ilə - Bu günlər” verilişi transfer olduğu ATV rəhbərliyinin xoşuna gəlməyib və tanınmış teleaparıcıya xəbərdarlıq olunub.

Sevil Nuriyevanın prodakşnından Modern.az-a verilən məlumata görə, bu xəbər yanlışdır. Məlumatda qeyd edilir ki, ATV rəhbərliyi tərəfindən aparıcı-müəllifə heç bir xəbərdarlıq olunmayıb.
“Biz hazırda “Sevil Nuriyeva ilə - Bu günlər”in hazırlanması ilə məşğuluq. Sevil Nuriyevanın özü isə Türkiyədədir. Azərbaycanda olmaya-olmaya ona necə xəbərdarlıq oluna bilər?”

 

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi