İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq millət vəkili Pəhan Hüseyn İP-dən istefa verməsi haqda mətbuatda yayılan xəbərlərlə bağlı Modern.az-a açıqlama verib. P.Hüseyn İctimai Palatadan istefa vermədiyini və mətbuatda yazılanların yalan olduğunu bildirib.
“Mənim və digər şəxsin İctimai Palatanın üzvülüyündən istefa verməsi haqda məlumat həqiqətə uyğun deyil. Lakin qeyd edim ki, İctimai Palatanın Koordinasiya Şurasında fəaliyyətimizi davam etdirib-etdirmədiyimiz barədə ictimaiyyətə açıqlama verəcəyik”, - deyə P.Hüseyn açıqlama verib.
Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının dünən keçirilən iclasında bir neçə nəfərin istefa verməsi haqda məlumat yayılıb. Bildirilib ki, Pənah Hüseyn, politoloq Zəfər Quliyev və Köçəri Nağıbəyli Koordinasiya Şurası üzvlüyündən istefa veriblər. Buna səbəb olaraq İclasda Palataya daxil olan təşkilatların YAP-ın qərargahında keçirilən toplantıya qatılması və Avropa Parlamentinə müraciətə imza atması göstərilir.
Anar RÜSTƏMOV