Modern.az

İsa Qəmbər Azərbaycana qayıtdı

İsa Qəmbər Azərbaycana qayıtdı

20 Sentyabr 2012, 13:03

Müsavat başqanı İsa Qəmbər Türkiyəyə 3 günlük səfərdən sonra Bakıya qayıdıb. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlı bildirib ki, İsa Qəmbər Türkiyədən bu gün səhər saatlarında qayıdıb.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər sentyabrında 17-də Nauman fondunun təşkil etdiyi beynəlxalq tədbirdə iştirak etmək üçün Türkiyəyə səfət etmişdi. Səfər zamanı Müsavat başqanı tədbirlə yanaşı bir sıra mühüm görüşlər də keçirib.

Xatırladaq ki, Nauman fondunun həyata keçirdiyi beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Almaniya, Ermənistan və Gürcüstandan olan ekspertlər, ictimai-siyasi xadimlərin, media təmsilçilərinin iştirakı  Cənubi Qafqaz ölkələrinin problemləri və Türkiyə-Cənubi Qafqaz münasibətlərinin perspektivləri və s. məsələlər müzakirə edilib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi