Modern.az

Məhkəmə Nigar Yaqublunu ev dustaqlığına buraxmadı

Məhkəmə Nigar Yaqublunu ev dustaqlığına buraxmadı

20 Sentyabr 2012, 14:58

Abşeron rayon Məhkəməsi sentyabrın 20-də Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəkillərin müraciətini təmin etməyib.

N.Yaqublu avqustun 25-də Müsavat üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası ilə əlaqədar saxlanılıb. Sentyabrın 11-də barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

DİN-nin yaydığı məlumatda bildirilib ki, qəzaya uğrayan avtomobili sürücülük hüququ olmayan N.Yaqublu idarə edirmiş.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Məcəllədə bu əmələ görə, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi