İran prezidenti Mahmud Əhmədinejad Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin gələn həftə keçiriləcək növbəti iclasında iştirak etmək üçün ABŞ-a gedəcək. Modern.az bildirir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
İran prezidenti Əhmədinejad gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Məclisinin növbəti iclasında İranın regional və beynəlxalq məsələlərdə mövqeyini aydınlaşdırmağı planlaşdırır. Əhmədinejad BMT Baş Məclisinin növbəti iclası üçün gərgin gündəliyinin tərtib edildiyini bildirib.