Modern.az

Rövnəq Abdullayev 96 nəfərə mənzil verdi

Rövnəq Abdullayev 96 nəfərə mənzil verdi

20 Sentyabr 2012, 19:18

Modern.az xəbər verir ki, sentyabırın 20-də Neftçilər günü münasibətilə Bakının Badamdar qəsəbəsində, Əziz Nəzərov küçəsi 7b ünvanında ev növbəsinə dayanmış neftçilər üçün tikilmiş iki bloklu 96 mənzilli yaşayış binası istifadəyə verilib. ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri binaya gələrək, mənzillərdə yaradılmış şəraitlə tanış olublar. Rövnəq Abdullayevə məlumat verilib ki, binanın tikintisini ARDNŞ-nin də təsisçisi olduğu “Neftçi” Mənzil Tikinti Kooperativi həyata keçirib.

Bina 12 mərtəbədən və 96 mənzildən ibarətdir. Mənzillərdən 60-ı 3 otaqlı, 36-sı isə iki otaqlıdır. Mənzillər tam təmir olunub və mətbəx mebeli ilə təmin edilib. ARDNŞ prezidenti neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün görülmüş işdən razı qaldığını bildirib. Sonra sakinlər qarşısında çıxış edən R.Abdullayev onları Neftçilər günü münasibəti ilə təbrik edib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi