Modern.az

Gürcüstanda yeni daxili işlər naziri qadın oldu

Gürcüstanda yeni daxili işlər naziri qadın oldu

21 Sentyabr 2012, 09:51

Gürcüstan həbsxanasında məhbusların nəzarətçilər tərəfindən döyüldüyünü göstərən videonun yayılması bu ölkədə ajiotaj yaradıb. Bu hadisədən sonra cəzaların icrasına nəzarət və hüquqi yardım naziri – Penitensiar xidmətin rəhbəri Katuna Kalmakhelidze istefa verib.

Ardınca daha bir istefa gerçəkləşib. Ölkənin daxili işlər naziri Baço Akalaia da ötən axşam istefa verdiyini bəyan edib. O, bildirib ki, Gürcüstan həbsxanalarında işgəncənin kökünü kəsə bilmədiyi üçün özünü “mənəvi və siyasi cəhətdən cavabdeh” sayır.

Modern.az
gürcü mətbuatına istinadən bildirir ki, prezident Mixail Saakaşvili Gürcüstan daxili işlər nazirinin müavini Eka Zguladzeni müvəqqəti olaraq daxili işlər naziri təyin edib.

Qeyd edək ki, Eka Zguladzeni xanımdır və Gürcüstanda ilk dəfədir ki, Daxili İşlər Nazirliyinə qadın rəhbərlik edəcək.

Xanım Zguladze paytaxt Tbilisidə aksiyalar keçirən müxalifətə artıq xəbərdarlıq da edib.

 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi