Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Ramil Səfərovla bağlı məsələyə münasibət bildirib. Modern.az-ın məlumatına görə, V.Quliyev deyib: “Biz bu addımı atanda onsuz da bunun müəyyən risklər doğuracağını əvvəlcədən bilirdik. Məsələ ilə bağlı Azərbaycan və Macarıstan münasibətlərində heç bir mənfi dəyişiklik baş verməyib. Əvvəlcədən planlaşdırılmış bütün tədbirlər qüvvədə qalıb. Bu il oktyabrın 8-9-da Budapeştdə Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək”.
Səfirin sözlərinə görə, Macarıstanda Azərbaycan diplopatlarının təhlükəsizliyi yerli hökumət tərəfindən hələlik yüksək səviyyədə təmin olunur. V.Quliyev bildirib ki, ermənilərin heç bir təhdidi istənilən halda Azərbaycan diplomatlarını qorxutmur: “Qurddan qorxan heç vaxt meşəyə getməz”.
Modern. az