Modern.az

Bakıda gənclərin Avropaya inteqrasiyası modeli təqdim olundu

Bakıda gənclərin Avropaya inteqrasiyası modeli təqdim olundu

Təhsil

21 Sentyabr 2012, 14:12

Bu gün “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi “Modern” Hoteldə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi "Şərq Tərəfdaşlığında gənclərin iştirak modeli"  adlı beynəlxalq konfrans öz içinə başlayıb.  Azərbaycan himninin səsələndirilməsindən sonra konfransın açılışında qonaqları salamlayan layihə rəhbəri Vüsalə Hüseynli bildirdi ki, layihənin əsas məqsədi ekspertlər və aktiv gənclərlə birgə  gənclərin Avropaya inteqrasiyası modelinin işlənib hazırlanması və müvafiq dövlət qurumlarına təqdim etməkdir. Xanım QHT rəhbərinin sözlərinə görə, təqdim olunacaq model Avropa və keçmiş sovet ölkələrində bu sahənin ekspertləri tərəfindən yüksək qiymətləndirilib.

Sonra tədbirə veb-konfransla qatılan Avropa parlamentinin Avstriyadan olan üzvü Ulrike Lunacek Azərbaycan gənclərinə üzrək sözlərini və Şərq Tərəfdaşlığının inkişafı üçün daha aktiv olmalarını arzuladı və bildirdi ki növbəti aylarda Demokratik islahatçı Gənclər İctimai Birliyi ilə birgə keçiriləcək layihə çərçivəsində bakıya gələcək.

Açılış mərasimində çıxış edən Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platformasının həmsədri, Polşanın Unia Fondunun rəhbəri Krzysztof Bobinski isə “Yol xəritəsi və Şərq Tərəfdaşlığı barədə, onun imkanları və prossesin inkişafı ilə bağlı maneələr barədə geniş məlumat verdi. Azərbaycan parlamentinin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, QHT-lərə Dövlət Dəsətyi Şurasının  rəhbəri, millət vəkili Azay Quliyev isə Azərbaycanın qanunverici orqanının bu çərçivədə fəaliyyəti barədə məlumat verərək, qonaqlara Azərbaycanın Vətəndaş Cəmiyyətinin AB Şərq Tərəfdaşlığı Platforması istiqamətində fəaliyyətini daha da genişləndirməsinin zəruriliyini vurğuladı. Millət vəkili çıxışı zamanı təkliflə də  irəli sürdü. A.Quliyev bildirdi ki, Azərbaycanda  Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti İnstitutlarının Bakı forumu keçirilə bilər.
Sonra tədbir panellər üzrə davam etdi. Avropa Birliyinin Bakı ofisinin siyasi müşaviri Andrey Valintinov, Xarici İşlər Nazirliyinin əməkdaşları Fərəh Acalova, Həmid Nəsibov, P Miqrasiya siyasəti və Şərq Programı üzrə ekspert. Polşa İctimai Əlaqələr İnstitutunun təmsilçisi Piotr Kazmierkiewicz, Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri Əvəz Həsənov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, Ukraynadan olan ekspert Vadim Georgiienko  Gürcüstan Dövlət Universitetinin “Avrointeqrasiya kafedrasının rəhbəri Nino Lapiashvili və digərləri məruzə ilə çıxış etdilər. 

İki gün keçiriləcək müzakirələrin nəticəsi olaraq, konfransın sonunda yekun sənəd müvafiq qurumlara təqdim olunacaq.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu