Modern.az

“Moldova tərəfi öz səhvini anlayıb” – Azərbaycan səfiri

“Moldova tərəfi öz səhvini anlayıb” – Azərbaycan səfiri

Təhsil

21 Sentyabr 2012, 14:37

Azərbaycan və Moldova arasındakı münasibətlər yaxşı səviyyədədir, əlaqələrin inkişafı üçün böyük perspektivlər var və biz münasibətləri gələcəkdə inkişaf etdirmək niyyətindəyik”.

Modern.az-ın məlumatına görə, bu sözləri səfirlərin 4-cü müşavirəsi zamanı Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev deyib. Eyni zamanda səfir Moldova tərəfinin səhvini başa düşüb, Azərbaycandan üzr istədiyini və Ermənistana silah tədarükünü dayandırdığını bildirib.

O, qeyd edib ki, bu məsələ Azərbaycan prezidentinin Moldovanın baş naziri ilə görüşündə müzakirə edilib və Moldova tərəfi heç bir siyasi məqsəd daşımadığı barədə izahatını verib.

  Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu