Modern.az

Dövlət Komitəsi ən yaxşı loqoya 500 manat mükafat vəd edir

Dövlət Komitəsi ən yaxşı loqoya 500 manat mükafat vəd edir

Təhsil

21 Sentyabr 2012, 14:41

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni saytının yaradılması ilə bağlı təkliflərin qəbul olunması və loqo seçimi üçün müsabiqə elan olunması məqsədilə mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, dövlət komitəsinin mətbuat katibi Orxan Əli bildirib ki, ilk dəfə olaraq dövlət qurumu öz loqo müsabiqəsini keçirmək üçün qeyri-hökumət təşkilatı ilə birgə əməkdaşlıq edir. Belə ki, dövlət komitəsinin loqo müsabiqəsinin təşkili “Müasir İnkişaf” İctimai Birliyinə həvalə edilib.

Loqonun konsepsiyası barədə məlumat verən “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü qeyd edib ki, loqo Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu, onların təmsilçilərinin dinc birgəyaşayışını, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətin tolerantlıq modelini tərənnüm edən, dünyaya nümunə ola biləcək şəkildə tanıtmalı və təbliğ etməlidir. Bununla yanaşı, loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi məqamlar öz əksini tapmalıdır.

35 yaşa qədər yaradıcı və aktiv gənclər müsabiqədə iştirak edə bilər. Loqonunun eskizi A4 formatda kağızda və CD disk şəklində təqdim olunmalıdır. Müsabiqənin qalibi 500 manat və diplomla mükafatlandırılacaq. Müsabiqəyə bu gündən start verilir oktyabrın 5-də başa çatacaq.

Daha sonra O. Əli komitənin yeni rəsmi saytının hazırlanması haqda da açıqlama verib. O bildirib ki, dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təkliflərini verə bilərlər. Yeni saytın təqdimatı oktyabr ayında olacaq. Saytda dini məqalələrə və yazılara da yer veriləcək.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu