Səfirlikdən bununla bağlı rəsmi açıqlama
ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında yeni etiraz aksiyası gözlənilir. Modern.az bildirir ki, bu barədə ABŞ səfirliyinin bu gün yaydığı açıqlamada qeyd olunub. Konsuluq şöbəsinin rəsmi məlumatında deyilir ki, diplomatik korpus cümə günü 21 sentyabr tarixində ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya olacağı ilə bağlı məlumatlar alıb.
“Bu aksiyanın dünyadakı digər anti-Amerika nümayişlərinin davamı kimi keçiriləcəyi ehtimal olunur. Nümayişdə gözlənilməz zorakılıq da baş verə bilər”-deyə xəbərdarlıqda qeyd olunur.
Konsulluq şöbəsi ABŞ vətəndaşlarından xahiş edir ki, ərazidə mümkün qədər az olsunlar və gözlənilməz situasiya ilə üzləşdikdə əlaqə saxlamaq üçün səfirliyin veb-səhifəsindəki əlaqə koordinatlarından istifadə etsinlər.
Aksiyanın təşkilatçıları bəlli deyil. Çox güman ki, aksiya islamçı kəsimin fəalları tərəfindən hazırlanır.
Modern.az