Modern.az

İctimai Palata Pənah Hüseynə görə toplandı

İctimai Palata Pənah Hüseynə görə toplandı

21 Sentyabr 2012, 15:31

İctimai Palatanın Koordinasiya Şurası qurumda baş verən son istefalarla bağlı növbədənkənar toplantıya başlayıb. Bu barədə Modern.az-a Müsavat başqanın müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlı bildirib ki, hazırda davam edən iclasda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və İctimai Palatadan istefa edəcəyi gözlənilən Pənah Hüseyn və digərləri iştirak edirlər.

G.Aslanın sözlərinə görə, toplantıda  Pənah Hüseyn və digərlərinin istefası ilə bağlı məsələ geniş müzakirəyə çıxarılıb. Hazırda sessiya davam edir. İP üzvü Pənah Hüseyn toplantı sonrası qurumdan istefa verib-verməyəcəyi haqda yekun qərarını bildirəcək.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu