ABŞ səfirliyininin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bu sözləri Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə səfirlik qarşısında gözlənilən yeni etiraz aksiyası barədə yayılan rəsmi açıqlamanı şərh edərkən bildirib.
DİN sözçüsü deyib ki, ölkədəki bütün səfirliklərin, diplomatik korpusların təhlükəsizliyi daim diqqət mərkəzindədir.“Səfirliklər, diplomatik korpusların əraziləri həmişə polisin nəzarəti altındadır. Təhlükəsizlik tədbirləri müntəzəm olaraq görülür. Nazirliyin diplomatik nümayəndəliyinin mahüfizəsi üzrə əlahiddə polis taboru var ki, həmin tabor təhlükəsizliklə bağlı bütün tədbirləri icra edir.
Ümumiyyətlə belə aksiyaların təşkili İcra Hakimiyyətinin razılığı ilə baş tutur. Bu aksiya razılaşdırılmadan keçirilirsə, onda müvafiq tədbir görmək polisin öhdəsinə düşür. Əgər bu aksiya İcra Hakimiyyəti ilə razılaşdırılmadan həyata keçirilibsə, biz də qanunun tələbinə uyğun olaraq, bu aksiyanın qarşısını alacağıq”-deyə O.Mansurzadə vurğulayıb.
Gültəkin Ələsgər