Qərbi Kaspi Universiteti 8-31 may 2021-ci il tarixlərində yuxarı sinif şagirdləri və universitetlərin sonuncu kurs tələbələri üçün “Qərbi Kaspi Universitetinə virtual səyahət” layihəsinə start verir.
Modern.az xəbər verir ki, layihə hər həftə bir fakültə üzrə onlayn formada Microsoft Teams platforması üzərindən həyata keçirilicək. Layihənin keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlıq müddətində ixtisas və universitet seçimi edənlərə dəstək olmaq və eyni zamanda Qərbi Kaspi Universiteti ilə tanış etməkdir. Layihə çərçivəsində virtual infotur müddətində universitetimizin bakalavr və magistr proqramları ilə tanış olacaqsınız, eyni zamanda rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə əməkdaşlarımız tərəfindən sizləri maraqlandıran suallar cavablandırılacaq və gələcək planlarınızda yardımçı olacaq.
Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçin, bizimlə birgə Qərbi Kaspi Universitetinə virtual səyahət edin.
Layihəmizə yuxarı sinif şagirdlərini, valideynləri, universitetlərin sonuncu kurs tələbələrini, bir sözlə, universitetimizlə maraqlanan hər kəs dəvətlidir. Gələcəkdə təhsil almaq istədiyiniz universiteti tanımaq və kəşf etmək üçün bu şansı qaçırmayın.
“Qərbi Kaspi Universitetinə virtual səyahət” layihəsinin tarixləri:
1. YÜKSƏK TEXNOLOGİYALAR VƏ İNNOVATİV MÜHƏNDİSLİK MƏKTƏBİ – 08.05.2021-Cİ İL, SAAT 16:30