Modern.az

Süleyman Dəmirəlin səhhəti yenidən pisləşib

Süleyman Dəmirəlin səhhəti yenidən pisləşib

Təhsil

23 Sentyabr 2012, 00:02

Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin səhhəti yenidən pisləşib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, sabiq prezident axşam saatlarında xəstəxanaya yerləşdirilib. Hazırda Dəmirəl xəstəxanada həkim nəzarətində saxlanılır. Onun səhhəti ilə bağlı isə ictimaiyyətə hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin bir müddət əvvəl də səhhətində ciddi problem yarandığı üçün Ankara xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi