Modern.az

İran müharibə hazırlığına başladı

İran müharibə hazırlığına başladı

Təhsil

24 Sentyabr 2012, 02:06

İran İsrailin uzun sürən təhdidlərindən sonra müharibə hazırlığına başlayıb. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun baş komandanı Məhəmmədəli Cəfəri bildirib. Müharibənin qaçılmaz olduğunu bildirən M.Cəfəri İsrailin hücumlarını dəf etmək üçün ciddi hazırlığı başladıqlarını vurğulayıb.

Cəfəri həmçinin bəyan edib ki, İran ordusunda bu istiqamətdə genişmiqyaslı təlimlərə start verilib. Onun sözlərinə görə, lazım gələrsə, yaxın zamanlarda ölkədə səfərbərliyin elan edilməsi qaçılmaz olacaq.

Baş komandan İsraildən qorxmadıqlarını bildirərək düşməni məhv edəcəklərini deyib.

Qeyd edək ki, İsrail rəsmi dairələri açıqlamalarında bildiriblər ki, İranla müharibə payızda baş verə bilər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI