Modern.az

Sabahdan hava soyuyacaq, yağış yağacaq

Sabahdan hava soyuyacaq, yağış yağacaq

Təhsil

23 Sentyabr 2012, 17:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 22-24 dərəcə təşkil edəcək. Güclü şimal küləyi əsəcək, kürəyin gücü arabir saniyədə 15-20 metrə çatacaq.

Havanın kəskin pisləşməsi şimal-qərbdən, yəni Qara dəniz rayonlarında və Rusiyanın cənubunda izlənən soyuq atmosfer cəbhəsi Azərbaycan ərazisinə keçməsidir.

Dəyişkən hava şəraiti sentyabrın 25-nə qədər davam edəcək. Azərbaycanın rayonlarında yağmurlu hava şəraiti hökm sürəcək, bəzi yerlərdə leysan xarakterli olacaq. Havanın temperaturu bəzi yerlərdə 8-10 dərəcə enəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi