Modern.az

Sabiq deputat təkzib etdi: “Bu, tam yalandır, mənim restoranım yoxdur”

Sabiq deputat təkzib etdi: “Bu, tam yalandır, mənim restoranım yoxdur”

Təhsil

23 Sentyabr 2012, 18:50

“Əgər o restoran mənim olsaydı, onu bu yalanı yazan jurnalistə bağışlayardım”

Sabiq millət vəkili, hazırda Azərbaycan Dövlət Nəşriyyatının (“Azərnəşr”) baş redaktoru Əlövsət Ağalarov ona məxsus “Büllur” restoranının yanması haqda mətbuatda yayılan xəbərlə bağlı Modern.az-a açıqlama verib. Eks-deputat məlumatın doğru olmadığını bildirərək, belə bir restorana sahib olmadığını vurğulayıb.

“Bu tamamilə yalan xəbərdir. Sözügedən restoranın mənə heç bir aidiyyatı yoxdur. Əgər o restorandan bir metr də olsa mənə aiddiyyatı varsa, mən onu haqqımda həmin xəbəri yazan jurnalistə verə bilərəm. Tam cəfəngiyyatdır. Bu jurnalistə yaraşan bir davranış deyil”, - deyə sabiq deputat bildirib.

Qeyd edək ki, dünən xəbər saytları Atatürk parkında yerləşən “Büllur” restoranının yanması haqda məlumat yayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi