Azercell Telekom MMC-nin sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb. Sosial medianın monitorinqini keçirən nüfuzlu “Socialbakers” tədqiqat mərkəzi bu fəaliyyətinə görə mobil operatoru xüsusi sertifikata layiq görüb.
ABŞ-ın “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, bu ilin Aprel-İyun aylarında Azercell şirkəti rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 89,66 faizini cavablandırıb. Bu aktivliyinə görə şirkət “Socialbakers” tərəfindən “Socially devoted” sertifikatına layiq görülüb.
Azərbaycanın mobil bazarında liderlik edən Azercell hər bir sahədə üstün olmağa, abunəçilərini son texnologiyalara əsasən müxtəlif onlayn xidmətlər təklif edir. Bir neçə ildir ki, Azərbaycanda ən populyar sosial şəbəkə olan Facebook-da Azercellin rəsmi səhifəsi fəaliyyət göstərir. Burada Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. Şirkət sosial şəbəkə istifadəçiləri üçün müxtəlif müsabiqələr, əyləncəli viktorinalar, müxtəlif aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur. Facebook səhifəsində həm də şirkətin keçirdiyi müxtəlif mədəni layihələrə biletlər qazanmağın mümkündür.
Onu da qeyd edək ki, regionda ilk dəfə olaraq məhz Azercell öz Facebook səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abonentlər onları maraqlanan suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar.