Modern.az

Zakir Qaralov bir neçə prokuroru işdən çıxardı

Zakir Qaralov bir neçə prokuroru işdən çıxardı

24 Sentyabr 2012, 11:54

Azərbaycanda bir neçə rayonun prokuroru işdən çıxarılıb. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Sabirabad rayon prokuroru Seyfulla Aslanov, Şamaxı rayon prokuroru Füzuli Musayev, Oğuz rayon prokuroru Afər Nəsirov və Balakən rayon prokuroru Vəli Əhmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.

Hazırda Sabirabad rayon prokurorunun vəzifəsini Elxan Məmmədov, Şamaxı rayon prokurorunun vəzifəsini Mirqasım Cəfərov, Oğuz rayon prokurorunun vəzifəsini Natiq Eyvazov, Balakən rayon prokurorunun vəzifəsini isə Akif Şıxıyev əvəz edir.

Onu qeyd edək ki, bu il respublika üzrə 10-dan çox rayon prokurorunun səlahiyyət müddəti başa çatır. Bu yaxınlarda daha bir neçə rayon prokurorunun dəyişdiriləcəyi gözlənilir.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi