“Hüsnü Mübarəkin səhhətində heç bir ciddi problem yoxdur.” Modern.az “Əl-Əhram” qəzetinə istinadən bildirir ki, bu barədə Misir Ədli Tibb Təşkilatının rəhbəri İhsan Kamil Corci eks-prezidentin sağlıq durumunun pisləşməsi ilə bağlı son günlər yayılan məlumatları şərh edərkən deyib.
Corci bildirib ki, keçmiş prezident xüsusi bir qrup tərəfindən hərtərəfli müayinədən keçirilib. “Mübarək iyun ayındakı məhkəməsindən bu yana səhhəti ilə bağlı ciddi bir problem yaşamayıb”.
Xatırladaq ki, ötən həftə Hüsnü Mübarəkin şəxsi həkimi keçmiş prezidentin səhhətinin pisləşməsi barədə açıqlama verib.