Modern.az

“Tibbi reklamdan qıcıqlanmaq lazım deyil” - media eksperti Qulu Məhərrəmli

“Tibbi reklamdan qıcıqlanmaq lazım deyil” - media eksperti Qulu Məhərrəmli

Təhsil

24 Sentyabr 2012, 13:11

TV-də müxtəlif yönlü sosial reklamlar arasında dərmanların reklamları bu sıradandır. Baxmayaraq ki, dərmanların reklamları qadağandır. Hətta reklam sırasında bir-birindən fərqli özəl klinikaların adları da var.

Media eksperti Qulu Məhərrəmli Modern.az-a bildirib ki, bazar münasibətləri şəraitində humanizm arxa plana keçir: “Sosial dövlətlər üçün bu, normaldır. Əvvəllər tibbə aid siqaret, alkoqol əleyhinə sosial çarxlar göstərirdilər, amma indi bu, sosial çarxlara rast gəlinmir. Bu gün ölkədə özəl klinikalar artdıqca rəqabət mühiti formalaşır və bu rəqabət məcbur edir ki, bu klinikalar müştəri uğurunda mübarizə aparsın. Onlar üçün kimin xəstələnməyinin, hansı xəstəliyə tutulmasının önəmi yoxdur. Onlara lazım olan odur ki, xəstə yalnız həmin klinikaya üz tutsun və onun bazar mühiti inkişaf etsin. Buna qıcıqlandırıcı baxmaq lazım deyil. Bazarın qanunu budur, başqa yolumuz yoxdur, amma reklamda, yaxud da elanlarda verilən çağırışlar əxlaqa uyğun, dəqiq olsun”. Q. Məhərrəmlinin sözlərinə görə, bəzən televiziyalarda verilən bu tibbi reklamların izi ilə gedənlər xəstəliyin müalicəsini yox, əksinə xəstəliyin daha da pis formada inkişafına zəmin yaradırlar: “Burada bir məsələ də var ki, həm tibbi etika, həm də insani etika xüsusi rol oynayır. İnsanları yalandan ümidləndirmək olmaz. Əsas məsələ odur ki, hazırkı dövrdə klinikaların sayı həddindən artıq çoxdur. Ölkə sanki özəl klinikalardan, yaxud da xaricdən gəlmiş həkimlərdən ibarətdir. Burada bir şübhə yaranır ki, bunları hansı mexanizm hərəkətə gətirir. Doğurdanmı, bunlar şəffaf fəaliyyət göstərirlər. Bu reklamların telekanallarda verilməsinə gəlincə, jurnalist qeyd edib ki, ümumiyyətlə, reklamlar verilərkən telekanallar reklam ölçüsünü, balansını qorumalıdırlar”.

“Bəzən olur ki, reklamlarda balans gözlənilmir, tiblə bağlı verilişlərin verilməsi isə pis deyil. Burada tibbi maarifləndirmə var, pis odur ki, bu verilişlər təmənnalıdır, çünki televiziyalarımız özləri bunun marağında deyil. AzTV-də “Ailə həkimi” adlı veriliş var. Burada başqa kommersiya məqsədi yoxdur, amma bu verilişin bir maarifləndirici yönü var. Tibbi biliklərə xidmət edir, aparıcı da kifayət qədər populyardır. O, tamaşaçını inandıra və ümidlər bilir. Bu müsbət cəhətdir. Təbii ki, reklam bazarının aktivliyində televiziyalar aparıcı yer tutur və bu, reklam işinə impuls verir. .Əsas odur ki, televiziyalar səhiyyə, təbabət işində maarifləndirməyə diqqət etsinlər”, – deyə Q. Məhərrəmli qeyd edib.

Nihadə Eyyubova
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi