Modern.az

Süleyman Dəmirəlin həkimi onun durumu barədə Modern.az-a danışdı

Süleyman Dəmirəlin həkimi onun durumu barədə Modern.az-a danışdı

Təhsil

24 Sentyabr 2012, 13:21

Türkiyənin 8-ci prezidenti Süleyman Dəmirəlin həkimi və özəl yardımçısı Aylin Cesur eks-dövlət başçısının səhhətində yaranan problemlə bağlı Modern.az-a açıqlama verib. Həkim sabiq prezidentin hazırda evdə olduğunu və onun bundan sonra da həkim nəzarətində saxlanacağını bildirib.

“Süleyman bəy, özünü narahat hiss etdiyi üçün ötən gün xəstəxanaya yerləşdirildi. O, bir gün xəstəxanada həkim nəzarətində qalandan sonra dünən evə buraxıldı. Ciddi bir problem deyildi. Həkimlər icazə verdilər ki, evdə xüsusi nəzarətlə ona qulluq edilsin. Hazırda Süleyman bəy, özünü əvvəlkindən yaxşı hiss edir. Müalicəsi davam edir. Ümid edirik ki, tezliklə sağalacaq”, – deyə A.Cəsur vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin səhhəti yenidən pisləşib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi